Bakılift -2” nin rəisi Üzeyir Aslanov -hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir

182 3-02-2024, 12:05 Sosial

Bakılift -2” nin rəisi Üzeyir Aslanov -hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakılift -2” idarəsinin rəisi Üzeyir Aslanovdur.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Lifttəmir” İstehsalat Birliyinin "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Üzeyir Aslanovun işində məhz bu iki keyfiyyət ilk növbədə diqqəti cəlb edir
Bakılift -2” idarəsinin rəisi Üzeyir Aslanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Üzeyir Aslanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Üzeyir Aslanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Bu gün Azərbaycanda insanların maddi rifah hallarının yüksəldilməsi, sosial-məişət problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həqiqətən də irimiqyaslı layihələr, əhəmiyyətli tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu tədbirlərin reallaşmasında bir çox qurum və müəssisə kollektivlərinin də böyük əməyi vardır. O cümlədən, hazırda paytaxt Bakıda davamlı şəkildə və uğurla həyata keçirilən sosialyönümlü layihələrdən biri də paytaxtın lift təsərrüfatının yenidən qurulması ilə bağlıdır.
Sorğu apardıq ağız dolusu Üzeyir Aslanovdan danışdılar yaxşı ki, Üzeyir Aslanov Bakılift -2” idarəsinin rəisi təyin olunub… Üzeyir Aslanov öz isguzarlığı ilə tanınır və seçilir….
Üzeyir Aslanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Üzeyir Aslanovu heç vaxt əqidəsindən döndərə bilməz.
Üzeyir Aslanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Üzeyir Aslanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Üzeyir Aslanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Üzeyir Aslanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Üzeyir Aslanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Üzeyir Aslanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakılift -2” idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Lift təsərrüfatlarının birində ilk dəfə fəhlə kimi çalışmağa başlaması sayəsində Üzeyir müəllim bu gün rəhbərlik etdiyi sahənin bütün incəliklərini sadəcə kitablardan deyil, real iş təcrübəsindən bilir. Bu təcrübə və bilgilər isə ona indi rəhbərlik etdiyi idarənin işini yüksək səviyyədə, peşəkarcasına qurmaq imkanı verir. Hazırda "Baklift -2”İİİ paytaxtın dörd rayonu – Suraxanı, Sabunçu, Xəzər və Pirallahı rayonları ərazisində yerləşən binalarda quraşdırılmış 1160 liftdə texniki xidmət işlərini yerinə yetirir. Bu xidmətlərə dayanmış liftlərin təmiri, sıradan çıxmış ehtiyyat hissələrinin bərpası və yaniləri ilə əvəz olunması, liftlərin davamlı olaraq istismara yararlı vəziyyətdə saxlanması kimi funksiyalar aiddir. Etiraf olunmalıdır ki, bütün bu işlər "Baklift -2”İİİ-nin kollektivi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu isə, dediyimiz kimi, ilk növbədə idarənin rəisi Üzeyir Aslanovun peşəkarlığı, işinə yüksək məsuliyyətlə yanaşması, özünə və tabeliyində çalışan əməkdaşlara qarşı eyni tələbkarlıq nümayiş etdirməsilə təmin olunur.

Ona etibar edilən bütün işlərdə Üzeyir Aslanov özünü doğruldub. Bizdə hörmətli Üzeyir Aslanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Altv1.info.az

XƏBƏR LENTİ