Makron daha çox uşaq istəyir

20 9-02-2024, 09:30 Sosial / Dünya

Makron daha çox uşaq istəyir

Paris administrasiyasının fikrincə, Fransa əhali baxımından böyük problemlə üz-üzədir. Ölkədə doğum səviyyəsi son 10 ildə azalmaqdadır.

Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ildə əvvəlki ilə nisbətən 7 faiz azalma olub. Prezident Emmanuel Makron, 25 yaşlı gənclər daxil olmaqla, "demoqrafik silahlanma" adlandırdığı planı açıqlayıb.

"The Guardian" nəşrində verilən xəbərdə bir sıra məqamlar təhlil olunub. Belə ki, "Makron daha çox fransız uşaq istəyir. Lakin bu həll yolu deyil" başlıqlı təhlildə müharibə xarakterli ifadələr işlədildiyi bildirilib.
Eyni zamanda Makronun insanları bir plan üçün istifadə etməsinin ciddi narahatlıq yaratdığı qeyd edilib.

Sözügedən nəşrdə "Makron 46 yaşında ata olmaq istəmədi. Bəs niyə başqalarının qərarlarına hörmət etmir?" sualları ünvanlanıb.

XƏBƏR LENTİ