Məhəmməd Quliyev -Bu da Cənab Prezidentimizin GÜCÜ

116 3-05-2024, 14:24 Sosial




Mingəçevir ŞMX-nın Cərrahiyə şöbəsində cərrahı-Məhəmməd Quliyev -Prezident İlham Əliyev 200 illik “Qordion düyünü”nü necə açdı...

Əslində, Azərbaycanın yaratdığı yeni reallıq 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi ilə Qarabağın Çar Rusiyasına birləşdirilməsi, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra yaranan vəziyyətin dəyişdirilməsi idi. Məsələnin məntiqi, ya da hərbi-siyasi düsturu çox sadə idi. Qarabağa sahib olan Azərbaycana, Azərbaycana sahib olan isə bütövlükdə Cənubi Qafqaza sahib olur. İki yüz illik tarixi keçmişimiz bunun, doğrudan da, belə olduğunu sübut etdi. Ancaq məsələni mürəkkəbləşdirən başqa mühüm bir cəhət də var idi. Çar Rusiyasının işğalından sonra Rusiyanın Cənubi Qafqazda mövcudluğunu əbədi etmək üçün 1923-cü ildə Sovet Rusiyası bu reallığa bir “Qordion düyünü” də vurdu. Bu düyün Azərbaycan ərazisində, “Dağlıq Qarabağ” adlı uzunmüddətli minanın yerləşdirilməsi idi. Sovet dövründə üstü “ideoloji çör-çöp”lə örtülən bu mina müstəqilliyimizi əldə edər-etməz tam eybəcərliyi ilə üzə çıxdı və Azərbaycanı girov götürdü. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tarixi bir qərar qəbul edərək öncə məhz bu düyünü əbədi etmək üçün onun ətrafında yaradılan bütün sipər və səngərləri təmizləməyi bacardı. Yəni ilk öncə işğal altında olan 7 rayonumuzu azad etdi. Ancaq “Qordion düyünü” hələ də qalmaqda idi. Çünki bu düyün açılmadıqca Azərbaycan əsla tam müstəqil dövlət olmayacaqdı. Elə ona görə də Rusiya sülhməramlıları, Avropa müşahidə missiyaları, Fransa hərbi emissarları Qarabağ düyünü ətrafında özlərinə qalıcı bir platforma əldə etməyə çalışırdılar. Ancaq dahi sərkərdə Makedoniyalı İskəndər Finikiyalı “Qordionun düyünü”nü qılıncı ilə kəsib atdığı kimi, Prezident İlham Əliyev də 2023-cü il sentyabr ayının 19-20-də qətiyyətli qərarı ilə Azərbaycana vurulmuş “Qordion düyünü”nü cəmi 23 saat içində açıb tarixin arxivinə atdı. Həmin vaxt Finikiyalı kahin Makedoniyalı İskəndər haqqında demişdir ki, “o Avropa və Asiyaya ancaq qılınc yolu ilə sahib olacaq, çünki düyünü açmadı, onu qılıncla kəsdi”. İlham Əliyev isə Azərbaycanı vurulmuş “Qordion düyünü”nü daha çox siyasi–diplomatiya yolu ilə, amma həm də onu dəstəkləyən hərbi güclə çözdü. Beləliklə, Cənubi Qafqazın geostrateji açarını əldə etdi, başqa sözlə, Azərbaycanı regionun söz sahibinə çevirdi. Yeni “Qordion düyünü” yaratmaq istəyən sülhməramlılar da elə bu gerçəkliklərin fonunda 2024-cü il aprel ayının 17-dən başlayaraq Azərbaycanı tərk etməyə başladı.

Qalib xalqın Qalib Lideri!

Məhəmməd Quliyev -Bu da Cənab Prezidentimizin GÜCÜ


Bu il 7 fevral növbədənkənar prezident seçkilərində xalqımız növbəti dəfə rifaha, yeniliyə, inkişafa, tərəqqiyə səs verdi. Qalib xalqın, qalib liderinin “güclü dövlət” konsepsiyası bu illər ərzində Azərbaycanı qüdrətli, eyni zamanda dünyada sözü keçən dövlətə çevirdi. Bu güc hesabına 2020-ci ildə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ordumuzun şücaəti, qəhrəmanlığı hesabına uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Şuşamızda, Kəlbəcərdə, Laçında, Xankəndidə və digər torpaqlarımızda əbədi dalğalandırıldı. Qazanılan uğurların təməlində sözsüz ki, ölkə başçısının düşünülmüş, qətiyyətli, uzaqgörən, milli maraqlara əsaslanan daxili və xarici siyasəti dayanır.
Bu illər ərzində iqtisadi sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, xüsusilə ölkə iqtisadiyyatının əsasını təşkil edən neft və qaz sektorundan asılılığın azaldılması, iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşu dinamik inkişafı təmin edib. Bunun nəticəsidir ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb, qaz-enerji layihələrinin həyata keçirilməsi əhalinin rifahına öz müsbət təsirini göstərib. Bu iqtisadi güc hesabına məhz Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, enerji, turizm kimi sahələrdə böyük potensial yaradılır.
Hərbi potensialın gücləndirilməsi istiqamətində yorulmadan çalışan prezident cənab İlham Əliyev elə bir güclü ordu yaratdı ki, dörd il bundan əvvəl cəmi 44 gün ərzində düşmən məğlub olub kapitulyasiya aktına imza atmağa məcbur edildi, eyni zamanda, ötən ilin sentyabr ayında antiterror əməliyyatı zamanı düşmən ağ bayraq qaldıraraq təslim oldu. Ötən dövr ərzində dövlət qayğısı ilə ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Bu illər ərzində ölkə iqtisadiyyatının, ordunun gücləndirilməsi, modernləşməsi, döyüş qabiliyyətinin artırılması, qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq siyasi arenada da ölkəmizin nüfuzunun artmasına gətirib çıxarıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycan döyüş meydanında qəhrəmanlıq dastanı yazdı. Hansı ki, prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə yetişmiş, formalaşmış qeyrətli Vətən oğullarımız çətin relyef şəraitində yorulmadan, tərəddüd etmədən addım-addım irəliləyərək misilsiz cəsarət, əzmkarlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdilər. Güllə yağışı altında sıldırım qayalara dırmaşaraq, əlbəyaxa döyüşlə Şuşanı işğalçılardan azad etməklə xalqımıza böyük Zəfəri bəxş etdilər. Dövlət başçısının “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası hələ uzun illər bütün dünya tərəfindən araşdırma mövzusu olacaq.
Prezident cənab İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən dedi: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, Azərbaycan Ordusunun hərbçilərinə, qazilərə daim xüsusi diqqət və qayğı göstərib. Onların sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Bu gün də bu işlər bütün bölgələrimizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Mən ona özüm qədər inanıram” deyəndə məhz Prezident cənab İlham Əliyevin bu gün Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi, misilsiz xidmətlərini uzaqgörənliklə ifadə etmişdi. Zaman da göstərdi ki, yalnız Heydər Əliyev yolu, Heydər Əliyev siyasi kursunun layiqli davamı ölkəni aydın, işıqlı sabahlara çıxara bilər. Bu illər ərzində Ulu Öndərin siyasətinə, onun tarixi irsinə hörmət göstərən, daim Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edən, Azərbaycanın ərazi bütövlüyünü qoruyan dövlət başçısı cənab İlham Əliyev xalqımıza verdiyi bütün sözləri tutdu, vədləri yerinə yetirdi. Qədirbilən, müdrik xalqımız da 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində rəhbərinin yanında oldu, onun uğurlu daxili və xarici, Qarabağda aparılan “Böyük Qayıdış” siyasətinə səs verdi. Xalqının əbədi sevgisini qazanan Qalib Liderin uzaqgörən siyasətinin xalqımızı daha böyük Zəfərlərə doğru aparacağına əminik.

XƏBƏR LENTİ