"Instagram"dan YENİLİK: Videoları yükləmək olacaq

52 24-06-2023, 15:27 Sosial

"Instagram"dan YENİLİK: Videoları yükləmək olacaq

Son vaxtlar rəqibi "TikTok"un funksiyalarına oxşar özəlliklərləri ilə gündəmə gələn "Instagram" daha bir yenilik əlavə edib.
Altv1.info.az xəbər verir ki, "Instagram" artıq videoları endirmək funksiyası olacaq. Əvvəl bunun üçün xüsusi proqram lazım idi.
İndi isə tətbiqin özünə bubölüm əlavə olunacaq.
"Instagram"ın baş direktoru Adam Mosserinin sözlərinə görə, insanların çox tələb etdiyi üçün video yükləmə funksiyasını aktivləşdirib. O, bildirib ki, videolarının yüklənməsini istəməyənlər öz "Reels"lərinin endirilməsini söndürmək imkanına da malik olacaqlar.
Videoları cihaza yükləmək üçün sadəcə tətbiqdəki "Paylaş" ikonasına toxunub "Yüklə" düyməsini seçə bilərsiniz.

XƏBƏR LENTİ