
Amerikalı konqresmenləri İsrailə "B-2" təyyarələri verilməsini təklif ediblər
Altv1.info.az xəbər verir ki, ABŞ-də konqresmenlər Prezident Donald Trampa "B-2" bombardmançılarını və 14 tonluq bunker bombalarını İsrailə ötürməyə icazə verən ikitərəfli qanun layihəsi təqdim ediblər.Nyu-Yorkdan olan iki nümayəndə - demokrat Coş Qotteymer və respublikaçı Mayk Louler İsrail üçün misilsiz bir təkliflə çıxış ediblər.
Qeyd edək ki, təklif olunan qanun layihəsi "Bunkerlərin məhv edilməsi haqqında" adlanır.
Belə ki, bu qanun layihəsi Tehran yenidən atom bombası istehsal etməyə cəhd edərsə, İsrailə İranın nüvə proqramını sonlandırmağa kömək etmək məqsədi ilə təklif olunur.