BANM-in 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb - Foto

78 4-07-2023, 11:56 Sosial

BANM-in 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb - Foto

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub.
Altv1.info.az xəbər verir ki, onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.
Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub. Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.
DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:
- Fidan Mahmudova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- Ayşən Zülfiyeva - Kimya mühəndisliyi;
- Afaq Həşimova - Kimya mühəndisliyi;
- Tural Abdulov - Kimya mühəndisliyi;
- Anar Bədəlbəyli – Kimya mühəndisliyi.

XƏBƏR LENTİ