2500 illik gəmi tapıldı

25 11-07-2023, 12:30 Araşdırma

2500 illik gəmi tapıldı

İspaniya sahillərində 2500 illik Finikiya gəmisi tapılıb.
Altv1.info.az xəbər verir ki, batmış Finikiya gəmisi ispan sualtı arxeoloqları tərəfindən Mursiyanın cənub-şərq bölgəsində aşkar edilib.
Tarixçilərin fikrincə, gəmi təxminən eramızdan əvvəl 580-ci ildə inşa olunub.
Təxminən səkkiz metr uzunluğunda olan gəminin batdığı yer Mazarrondakı İspaniya çimərliyindən 60 metr aralıda yerləşir.
Arxeoloqlar bildirirlər ki, gəmi iki min ildən çox çöküntü qatının altında qalmasına baxmayaraq, yaxşı vəziyyətdədir.

XƏBƏR LENTİ