
İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb
Altv1.info.az xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı bu gün xəstəxanada həyatını itirib.
Qeyd edək ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan övladı 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu da həyatını itirmişdi. Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.