"TuranBank" vətəndaşları belə ALDADIR - ŞOK İDDİA

25 11-07-2023, 12:01 Araşdırma

"TuranBank" vətəndaşları belə ALDADIR - ŞOK İDDİA

Azərbaycanda vətəndaşların narazı qaldıqları sahələrdən biri də bank sektorudur. İllərdir ki, hökumət bank sistemində islahatlara baxmayaraq, əhali ilə banklar arasında olan uçurum daha da dərinləşir.
Altv1.info.az- xəbər verir ki, əhalinin narazı qaldığı banklar əsasən özəl banklardır.
Vətəndaşların sosial inkişaflarından daha çox öz qazanclarını düşünən bəzi banklar azfaizli kredit şərtləri ilə insanları tora salmaqdadır.
Sosial şəbəkələrdə azfaizli kreditləri ilə reklam olunan banklardan biri də "Turan Bank"dır. Ancaq sosial şəbəkə istifadəçilərinin yazdıqlarından bankın reklamlarının heç də həqiqət olmadığı aydın görünür.
"TuranBank" "Bu baharı bizimlə qarşıla" devizi ilə reklam etdiyi 12.7 faizlik nağd kreditinin əslində 16.9 faizlə hesablandığı iddia edilir.
Vətəndaşların etirazlarına cavab olaraq isə bank kəskin faiz dərəcəsini təhlil prosesində baş verən qiymətləndirmə ilə əlaqələndirir.

XƏBƏR LENTİ