
Xəbər verdiyimiz kimi, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli avtomobil qəzası keçirib. Qolu amputasiya edilən Nicat hazırda xəstəxanadadır.
Axşam.az xəbər verir ki, TƏBİB blogerin səhhəti ilə bağlı məlumat yayıb. Bildirilib ki, Nicat hazırda həkim nəzarətindədir:
"Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicələri davam etdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkimlərin nəzarəti altındadır və lazımı müayinələrdən keçirilməsi davam etdirilir".
Qeyd edək ki, qəza avqustun 15-də gecə 01:08 radələrində Nərimanov rayonu ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Ruslan Məmmədov adlı şəxs isə qəzada dünyasını dəyişib
Altv1.info.az