Sumqayıt bulvarında itkin düşən 25 yaşlı qız Masazırda tapılıb

64 19-08-2023, 11:15 Araşdırma

Sumqayıt bulvarında itkin düşən 25 yaşlı qız Masazırda tapılıb

Avqustun 15-də Sumqayıt bulvarında itkin düşən əqli qüsurlu 25 yaşlı Zeynəb Azər qızı Abbaszadə tapılıb.
Altv1.info.az report-a istinadən xəbər verir ki, qız Abşeron rayonu, Masazır qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Zeynəb Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmamışdı.

Altv1.info.az

XƏBƏR LENTİ