Əsgər yolasalma mərasimində "avtoş"luq edənlər həbs olundu - VİDEO

21 8-07-2023, 13:26 Cəmiyyət

Əsgər yolasalma mərasimində "avtoş"luq edənlər həbs olundu - VİDEO

Ötən gün saat 9 radələrində əsgər yola salma mərasimində avtoxul­iqanlıq hərəkətləri edərək, görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri DYP əməkdaşları tərəfindən saxlanılıbla­r.
Baş Dövlət Yol Polisi İdarəsindən Altv1.info.az-a verilən xəbərə görə, hadisə Bakı-Astara şosesində baş veri­b.
Belə ki, 29 yaşlı Məhərrəmov Vüsal İxtiyar oğlu, 27 yaşlı Mə­mmədov Eltun Firdovsi oğlu, 23 yaşlı İdrisov Ra­qib Şadulla oğlu, 27 yaşlı Qasımov Namiq Sərdar oğlu və 23 yaşlı Zayidov İsaq Söhrab oğlu "VAZ 2107" markalı, "VAZ 2106" markalı və "VAZ 21015" markalı avtomobillərlə magistral yol­da təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərək­ət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sü­rücülük hüququndan məhrum edilməklə yana­şı 15 sutka həbs cəz­ası alıblar.

XƏBƏR LENTİ