İsrail ordusu Cenin şəhərinə hücum edib

1 001 12-10-2023, 09:30 Dünya

İsrail ordusu Cenin şəhərinə hücum edib

İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə hücum edib.
Altv1.info.az xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrailin böyük bir hərbi qüvvəsi bir çox nöqtələrdən Cenin şəhərinə daxil olub.
İsrail ordusu basqının qarşısını almaq istəyən fələstinli gənclərə rezin güllələrdən istifadə edərək cavab verib.
İki qrup arasında yaranan gərginlik sonradan silahlı qarşıdurmaya çevrilib.
Bölgədəki İbni Sina Xəstəxanasından verilən açıqlamada işğalçı qüvvələrin açdığı atəş nəticəsində ayağından yaralanan şəxsin müalicə altına alındığı bildirilib.


Altv1.info.az

XƏBƏR LENTİ