Misir: "Qəzza zolağında mülki əhalinin hədəf alınması qəbuledilməzdir"

1 508 13-10-2023, 10:00 Dünya

Misir: "Qəzza zolağında mülki əhalinin hədəf alınması qəbuledilməzdir"

Misirin xarici işlər naziri Samih Şükri blokada altındakı Qəzza zolağında mülki əhalinin hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.
Altv1.info.az xəbər verir ki, Misir naziri Şükri rəsmi səfəri çərçivəsində paytaxt Qahirədə olan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ilə görüşündən sonra mətbuat konfransı keçirib.
Şükri Landsbergis ilə görüşündə Qəzzada baş verən hadisələri və gərginliyin azaldılması üçün çalışmaların vacibliyini ətraflı müzakirə etdiklərini bildirib.
"Silahlı qarşıdurmalarda beynəlxalq humanitar qaydalara əməl edilməli və Qəzzənin əhali sıxlığı baxımından xüsusi strukturu nəzərə alınmalıdır" ,- deyə o qeyd edib.
Vaşinqtonun bölgədəki gərginliyi azaltmaq üçün səy göstərməli olduğunu qeyd edən Şükri ABŞ dövlət katibi Antoni Blinkenin bölgəyə səfərindən gözləntilərinin də bu istiqamətdə olduğunu bildirib.


Altv1.info.az

XƏBƏR LENTİ