Rusiya vətəndaşları Qəzzadan Moskvaya gətirildilər

595 17-11-2023, 11:00 Dünya

Rusiya vətəndaşları Qəzzadan Moskvaya gətirildilər

Xüsusi reyslə Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşlarının üçüncü qrupu Moskvaya çatdırılıb.
Altv1.info.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Roman Oxotenko məlumat verib.
O bildirib ki, nazirliyin İl-76 təyyarəsi paytaxtın Domodedovo hava limanına enib, Qəzza zolağından təxliyə edilmiş 120 Rusiya vətəndaşını Moskvaya çatdırıb:
“Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları müşayiət edib. Yenə də rusların vətənlərinə çatdırılması işi davam edir”.
Ümumilikdə 1000-dən çox Rusiya vətəndaşının təxliyə siyahılarına yazıldığı qeyd olunub.

Altv1.info.az

XƏBƏR LENTİ