İsraildə 1000-ə yaxın əsgər yaralanıb

2 744 29-11-2023, 09:00 Dünya

İsraildə 1000-ə yaxın əsgər yaralanıb

Oktyabrın 7-dən indiyədək İsrail ordusunun 202-si ağır olmaqla 1000-ə yaxın əsgərinin yaralandığı bildirilir.
Altv1.info.az xəbər verir ki, Haaretz qəzeti İsraildəki xəstəxanaların yaralanan əsgərlərin sayı və vəziyyəti ilə bağlı məlumat verməsinin qarşısı alındığını bildirib.
Qəzet daha sonra İsrail ordusuna müraciət edərək oktyabrın 7-dən bu yana yaralanan əsgərlərin sayı barədə məlumat verib.
Müraciətdən sonra İsrail ordusu Haaretz-ə göndərdiyi bəyanatda qeyd olunan tarixdən bu yana 202-si ağır olmaqla 1000-ə yaxın əsgərinin yaralandığını bildirib.
Oktyabrın 27-də quru hücumları başlayandan bəri Qəzzada sözügedən əsgərlərdən neçəsinin yaralandığı barədə məlumat verilməyib.
İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən bu yana 392 əsgər həlak olub. Onlardan 70-ə yaxınının Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olduğu bildirilir

Altv1.info.az

XƏBƏR LENTİ