Fransada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

4 260 4-12-2023, 10:30 Dünya

Fransada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Fransanın paytaxtı Parisdə bıçaqlı hücum olub.
Altv1.info.az xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Hadisənin baş vermə səbəbləri məlum deyil. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, Parisdə Bir Hakeim metro dayanacağı yaxınlığında bir şəxs bıçaqla yoldan keçənlərə hücum edib.
Polis tərəfindən saxlanılan şəxsin 1997-ci il təvəllüdlü fransız olduğu öyrənilib.
Paris prokurorluğu hadisə ilə bağlı "qətl" və "qəsdən adam öldürməyə cəhd" maddələri ilə istintaqa başlayıb.

Altv1.info.az

XƏBƏR LENTİ