Canavar qadını parçaladı

39 24-01-2024, 10:30 Dünya

Canavar qadını parçaladı

Kurqan vilayətində yerləşən Petuxovski bələdiyyə rayonunun rəhbəri Anton Volkov öz Telegram kanalında ötən gecə kəndə canavarın girdiyini bildirib.

Altv1.info.az Lent.az-a istinadla bildirir ki, o, heyvanın Medjevye kurort gölünün kəndinə daxil olduğunu və dörd yerli sakini dişlədiyini açıqlayıb.

"Canavar dörd nəfəri dişləyib. Təəssüf ki, həkimlər yaralılardan birini xilas edə bilməyiblər. Qadın ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb, həkimlər əllərindən gələni ediblər", - deyə rayon rəhbəri qeyd edib.

Onun sözlərinə görə, hazırda canavarın hücumuna məruz qalan 3 nəfərə lazımi tibbi yardım göstərilir. Onların həyatı təhlükədə deyil.

Volkov əlavə edib ki, hazırda rayonun bütün aidiyyatı idarələri ovçularla birlikdə kəndin ərazisində və ya onun sərhədləri yaxınlığında başqa heyvanların hücumunu qabaqlamaq üçün tədbirlər görürlər.

XƏBƏR LENTİ