Krımda zəlzələ oldu
Krımda 4,6 bal gücündə zəlzələ baş verib.
Altv1.info.az “İnterfaks”a istinadən xəbər verir ki, zəlzələ Sevastopol şəhərindən 59 kilometr məsafədə qeydə alınıb.
Təkanların Krımın bir neçə şəhərində hiss olunduğu bildirilir. Dağıntı və tələfatla bağlı hələ ki məlumat daxil olmayıb.