Kiyev vilayətində PUA-lar hədəflərə dəyməsə də, qalıqları evlərə ziyan vurdu

15 3-07-2023, 09:53 Dünya

Kiyev vilayətində PUA-lar hədəflərə dəyməsə də, qalıqları evlərə ziyan vurdu

Kiyev vilayəti gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bu barədə vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib.
"PUA-ların hədəfi vurması faktları qeydə alınmayıb. Eyni zamanda, Kiyev vilayətinin iki rayonunda PUA qalıqlarının düşməsi nəticəsində üç fərdi yaşayış evinə ziyan dəyib. O cümlədən, evlərdən birində yanğın baş verib. Binanın döşəmə və divarlarına ziyan dəyib. Yanğın dərhal söndürülüb. Digər iki evdə - dam örtüyünə, fasada, pəncərələrə cüzi ziyan dəyib", - deyə bildirilib.
Kravçenkonun sözlərinə görə, hücum nəticəsində bir nəfər ayağından yaralanıb, ona tibbi yardım göstərilib.

Altv1.info.az

XƏBƏR LENTİ