
Niger üsyançılarının lideri Abdurahman Çiani yeni keçid hökumətin yaradılması haqqında fərman imzalayıb.
Altv1.info.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin tərkibinə 20 nazir daxildir.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
Altv1.info.az