Nizami Rayonunda. NİRVANA, Şərifoğlu"kabab restoranları

"Nirvana" və "Şərifoğlu kabab" restoranları sakinlərin əsas hissəsini zəbt ediblər.
Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən "Nirvana" və "Şərifoğlu kabab" restoranları piyadalar üçün nəzərdə tutulan səkinin böyük hissəsini zəbt edib. Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.
Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.
Sakinlər bildirir ki, binanın 1 mərtəbəsini restoran etməkləri azmış kimi, səkini zəbt edərək özləri üçün ərazi düzəldib fəaliyyət göstərirlər. Gecə saatlarında müştərilər həyətdə otururlar.
Bununla bağlı aidiyyəti qurumlara müraciət etsək də heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən hələ bir açıqlama almaq mümkün olmadı.
2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.
Altv1.info.az