19.02.2025 tarixində Prezident Administrasiyasının rəhbəri

19.02.2025 tarixində Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə göndərdiyimiz məktuba cavab gəlib.
Məyusedici haldır ki, 250-yə yaxın vətəndaşın imzaladığı və ölkə əhəmiyyətli məsələyə toxunulan məktubu ünvanladığımız Prezident Administrasiyası deyil, Yasamal rayon icra hakimiyyəti başçısının müavini cavablandırıb.
Məktubumuzda qeyd olunan Bayırşəhər toxumasının qorunmasının mədəni, sosioloji, tarixi əsaslandırmalarımıza cavab verilməyib.
Cavab məktubunda yerli əhalinin məişət və infrastrukturunun yaxşılaşdırılacağı qeyd olunur. Lakin belə olan halda niyə yerli əhali, o cümlədən dövlət tərəfindən qorunan abidələrin sakinləri ərazidən köçürülür?
Son olaraq, söküntü işlərinin Bakının 2023-cü ildə qəbul olunmuş Baş Planına zidd olmasını vurğulamağımız da cavabsız qalıb.
Xülasə, bizi narahat edən məsələlərə aydınlıq gətirilməyib.