Milli ideoloji varisliyin siyasi baxımdan inkişaf edən nümunəsi

22 4-12-2025, 12:46 Gündəm


Dövlətçiliyimizin müasir mərhələsi yalnız iqtisadi yüksəliş və geosiyasi nüfuzla deyil, eyni zamanda milli ideoloji varisliyin ardıcıl və məqsədyönlü inkişafı ilə xarakterizə olunur. Bu varisliyin əsasını Ulu Öndər Heydər Əliyevin yaratdığı strateji xətt və həmin xəttin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə daha da zənginləşdirilərək inkişaf etdirilməsi təşkil edir.Yazılarımın birində, Müasir AZƏRBAYCANIN banisi, bütün Gəncliyimizin idealı adlandırdığım ulu öndər Heydər Əliyev ideologiyasının mahiyyəti barədə qeyd etmək istəyirəm.Ümummillilider Heydər Əliyev dövlətçilik fəlsəfəsini üç əsas dayağın üzərində formalaşdırdı,bunlar aşağıdakılar idi: tarixi yaddaşın qorunması, milli təhlükəsizlik konsepsiyasının sistemli qurulması, modern dövlət idarəçiliyinə keçid. O, azərbaycançılığı dövlət ideologiyasının mərkəzinə gətirərək güclü dövlətçilik ənənəsi, siyasi sabitlik, idarəetmə mədəniyyəti və milli həmrəylik modelini yaratdı.Bəli, Ulu Öndərin ideyaları sonrakı dövrdə Azərbaycan dövlətinin müstəqil inkişaf fəlsəfəsinə çevrildi və ölkənin taleyində həlledici rol oynadı! Suverenliyimizin təminatçısı və qarantı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində ideoloji varislik isə nümunə oldu.Prezident İlham Əliyev Heydər Əliyev kursunu sadəcə davam etdirməmiş, onu müasir dünyanın tələblərinə uyğun daha çevik, qlobal və dinamik bir modelə çevirdi. Bu siyasətin əsas istiqamətlərini isə belə ümumiləşdirmək istəyirəm: 1.Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan söz sahibi olan, mövqeyi nəzərə alınan bir dövlətə çevrilib. Bu, Heydər Əliyevin təməlini qoyduğu müstəqillik fəlsəfəsinin ən yetkin təzahürüdür.Güclü ordu, güclü dövlət Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti yeni mərhələyə yüksəldi. 2020-ci ildə əldə olunan tarixi Zəfər milli ideoloji varisliyin həm siyasi, həm də hərbi müstəvidə ən parlaq ifadəsi oldu.ÜmummilliLider Heydər Əliyevin humanist dövlətçilik fəlsəfəsi bu gün də sosial siyasətin əsas xəttini təşkil edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən addımlar vətəndaş rifahının yüksəldilməsinə xidmət edən ardıcıl islahatlarla davam etdirilir. 2.Regional və qlobal nüfuzun genişlənməsi, Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və humanitar diplomatiya sahələrində formalaşdırdığı yeni əməkdaşlıq formatları ilə müasir dünya düzənində özünəməxsus Azərbaycan modelini yaratmışdır.Qeyd edərdim ki, ideoloji xəttin ruhən və siyasi baxımdan yetkinləşməsi, ideoloji varislik yalnız idarəçilikdə deyil, milli düşüncə tərzində, cəmiyyətin dövlətçilik mədəniyyətində və siyasi şüurunda öz əksini tapır. Bu gün Azərbaycan cəmiyyəti daha güclü milli kimlik, möhkəm dövlətçilik iradəsi və yüksək siyasi məsuliyyət hissi ilə fərqlənir. Bu fakt ulu öndər Heydər Əliyev ideologiyasının zamanın sınaqlarından keçərək gələcəyə istiqamət verən milli yol xəritəsi olduğunu bir daha təsdiqləyir.Yeni dövrün çağırışları və həyata keçirilən islahatları xüsusi vurğulamaq lazımdır, bəli qlobal sistemin yeniləndiyi, güc mərkəzlərinin dəyişdiyi bir zamanda hər bir dövlətdən çevik siyasət, dəqiq qərarlar və strateji düşüncə tələb olunur. Azərbaycan bu reallıqları düzgün oxuyaraq özünün həm məsuliyyətini, həm də imkanlarını genişləndirir.Daxili idarəçilikdə şəffaflıq, effektivlik və yenilənmə artıq zərurətə çevrilmişdir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi kadr və institusional islahatlar idarəetmənin keyfiyyətinin yüksəldilməsinə, dövlət idarəçiliyinin yeni standartlarla qurulmasına xidmət edir. Yeni təyinatlarda peşəkarlıq, vətənpərvərlik və çağırışlara adekvat reaksiyanın əsas meyar kimi götürülməsi idarəetməni daha səmərəli və çevik edir.Yeni geosiyasi reallıqları Cənubi Qafqazda mən belə xarakteristika edərdim, artıq tamamilə yeni reallıq mövcuddur. Yəni münaqişə səhifəsi bağlanıb, ərazi bütövlüyü təmin edilib,bölgənin siyasi-hərbi nizamını diktə edən əsas aktor Azərbaycandır!Bu reallıq həm məsuliyyət, həm də daha geniş inkişaf perspektivləri deməkdir. Azərbaycan bu gün sabitliyi, güclü dövlətçilik ənənəsi və möhkəm milli ideologiyası ilə gələcəyə inamla addımlayır.Milli ideoloji varislik Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindən biridir. Nəhayət sonda əsas məqamı vurğulamaq istəyirəm, ulu öndər Heydər Əliyevin yaratdığı ideoloji əsaslar Prezident İlham Əliyevin liderliyində yeni keyfiyyət mərhələsinə yüksəlib, daha da zənginləşib və möhkəmlənib. Bu gün Azərbaycanın inkişaf modeli həm ruhən, həm siyasi baxımdan güclü ideoloji dayaqlar üzərində qurulub və gələcəyə doğru inamlı addımlarla irəliləyir. Beləliklə, milli ideoloji varislik Azərbaycan dövlətçiliyinin həm sabitliyinin, həm də gələcəyə hesablanmış strateji inkişafının ən möhkəm siyasi dayağı olaraq bu gün də ölkəmizi daha güclü, daha məzmunlu və daha nüfuzlu bir mərhələyə daşıyır.

YENİ AZƏRBAYCAN PARTİYASI Saatlı rayonu 15 saylı ƏPT-nin sədri,UNEC məzunu
Vüqar MƏMMƏDOV

XƏBƏR LENTİ