İcra başçısı Zakir Fərəcov Sumqayıtda bu qanunsuz tikintiyə hansı şərtlərlə icazə verib?
Sumqayıt şəhərində qanunsuz tikinti işlər aparıldığı iddial olunur.
Altv1.info.az-ın məlumatına görə Sumqayıt şəhəri “Stansiya Sumqayıt” adalanan ərazidə Ocaq küçəsində ərazi hasara alınaraq qanunsuz tikinti işləri aparılır.
İddialara görə hasara alınmış ərazidə yüksək vəzifəli məmur obyekt inşa etdirir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sumqayıt şəhərində hansı məmur icazə verdiyi müəmmalıdır.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırırq.
Araşdırmamız davam edir.