Maşın aşdı: Ata öldü, oğlu ağır yaralandı

46 22-07-2023, 20:32 Gündəm

Maşın aşdı: Ata öldü, oğlu ağır yaralandı

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Yasamal aşırımında qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.
Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qəzaya avtomobilin təkərinin patlaması səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ