
Nərimanov Tibb Mərkəzinin həkimləri ölüm ayağında olan xəstəni xilas edib.
Altv1.info.az xəbər verir ki, iyulun 6-sı 1968-ci il təvəllüdlü Abdullayeva Aygül adlı qadın təcili tibbi yardimla kəskin beyin qan dövranı pozğunluğu diaqnozu ilə Nərimanov Tibb Mərkəzinə gətirilir. Aparılan ilkin müayinələrdən sonra Aygül Abdullayevaya şəkərli diabet diaqnozu qoyulur. Müayinələr zamanı Aygül Abdullayevanın sağ ayağının baş barmağının qanqrena olduğu məlum olur. Xəstənin vəziyyəti ağır olduğu üçün ilkin olaraq damar cərrahları lazım idi. Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən çağrılan həkimlər xəstəni əməliyyat etməkdən imtina etdilər. Xəstənin həyatını xilas etmək üçün Nərimanov Tibb Mərkəzinin rəhbərliyi və həkimlərinin birgə qərarı ilə xəstə əməliyyata alınır. Əməliyyat anestezioloqun nəzarəti altinda Nərimanov Tibb Mərkəzində Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan cərrahlar tərəfindən edilir. Əməliyyat zamanı xəstənin sağ aşağı ətrafın budun aşağı 3/1 səviyyəsində amputasiyasi aparildi.
Təbii ki, ən böyük məsuliyyət Nərimanov Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Elçin Həsənovun üzərində idi. Nərimanov Tibb Mərkəzinin rəhbərliyinin verdiyi düzgün qərar və peşəkar həkim komandasının səyi nəticəsində Nərimanov Tibb Mərkəzinin tibb heyəti ölüm ayağında olan xəstəni xilas edib.
Altv1.info.az