Müəllimlik müqəddəsdir, peşələrin alisidir

3 653 6-09-2023, 13:00 Gündəm

Müəllimlik müqəddəsdir, peşələrin alisidir

Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən hər bir müəllim bundan zövq alır, mənən gəncləşirlər.
Haqqında qürurla, fəxrlə danışmaq istədiyim sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ana, çox səmimi insan, dürüst, mədəni, saf əqidə sahibi olan müəllimə Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyevadır.Şəhid və qazi övladlarına göstərdiyi qayğı ilə seçilir
Müəllimlik müqəddəsdir, peşələrin alisidir. Bu müqəddəsliyin hər an mükəmməl daşıyıcısı olmaq, böyük hünər tələb edir. Vəfa xanım Tağıyeva bu ağır yükü zərif çiyinlərində layiqiincə daşımağı bacarır. Çünki, təkcə şagirdlərini deyil, valideynləri, öz həmkarlarını və eləcə də, ünsiyyətdə olan hər kəsi heyran edən səmimiyyətə, qibtə doğuracaq təmkinə sahibdir. Əsil Azərbaycan qadınlarına məxsus ağır davranışı, sakit danışığı ilə yaddaqalandır.
Millimeclis.info olaraq öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan, indi onların hər birinin qəlbində bir ülvilik mücəssəməsinə çevrilən Vəfa xanım Tağıyevaya şəxsi həyatında möhkəm cansağlığı və sevimli peşəsində daim yorulmazlıq arzulayırıq.Ömrünüzdə sevinc qığılcımları çox olsun, Vəfa xanım!

Altv1.info.az

XƏBƏR LENTİ