Sabirabadda avtomobillər toqquşdu: Beş nəfər xəsarət alıb

1 724 15-10-2023, 11:00 Hadisə

Sabirabadda avtomobillər toqquşdu: Beş nəfər xəsarət alıb

Sabirabadın Qaragüney kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində rayonun Qaragüney kəndinin sakinləri, 1963-cü il təvəllüdlü Vahid Heybət oğlu Aslanov, 1995-ci il təvəllüdlü Xanımzər Cavanşir qızı Aslanova, onun azyaşlı qızı, 2020-ci il təvəllüdlü Zəkiyyə Rahil qızı Aslanova, 1966-cı il təvəllüdlü Cavanşir Məmmədağa oğlu Cəfərov və 1975-ci il təvəllüdlü Həşimxan Lətif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ