[center][/center
ABŞ-də içərisində 6 nəfərin olduğu helikopterin Kaliforniyanın Moxave səhrasında qəzaya uğradığı bildirilib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 6 nəfərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı Sen Bernandino əyalətinin polisi açıqlama verib.
Açıqlamada, helikopterin ötən gecə Las Veqasın təxminən 150 kilometr cənub-qərbində, Mojave səhrasındakı kiçik bir qəsəbə yaxınlığında qəzaya düşdüyünü bildirib.
Səlahiyyətlilər Palm Springs hava limanından havaya qalxan göyərtəsində 6 nəfərin olduğu helikopterin Nevada ştatına gedərkən qəzaya uğradığını və qəzanın səbəbinin hələ müəyyən edilmədiyini bildirib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasında, qəzada sağ qalanların olub-olmadığını müəyyən etmək mümkün olmadığı və axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.