Qar əyləncəsinin sonu pis bitdi

17 21-02-2025, 21:19 Hadisə

Qar əyləncəsinin sonu pis bitdi

İstanbulda yağan qarın dadını çıxarmaq istəyən vətəndaşlar küçələrə axışıb. Halay rəqsi edərək əylənən məhəllə sakinləri arasında gözlənilməz mübahisə yaranıb.

Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə dəqiqə ərzində gərginlik artıb və küçə döyüş meydanına çevrilib.

Səbəbi bilinməyən mübahisə qısa zamanda davaya çevrilib. Həmin anlar yaxınlıqdakı vətəndaşların mobil telefon kameralarına düşüb.

Xoşbəxtlikdən ətrafdakıların müdaxiləsi sayəsində dava başa çatıb və məhəllə sakinləri yenidən sakitləşib.

XƏBƏR LENTİ