
Samsunun Canik rayonu Uludağ Məhəlləsindəki bir evdə dəhşət yaşanıb.
Altv1.info.az türk mediyasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə iki uşaq anası olan E.A.Ç (41) ilə qızı arasında iftara getmək məsələsi üstündə mübahisə düşüb.
Bu arada A.C. adlı ər arvadına müdaxilə edib. Bu vaxt ər-arvad arasında mübahisə düşüb. E.A.C. adlı qadın əri A.Ç.-ni bıçaqlayıb.
Yaralı A.Ç təcili yardımla özəl xəstəxanaya aparılıb və müalicə olunub.
Canik İlçe Təhlükəsizlik Müdirliyi Ailə İçi Şiddət və Qadına Şiddət Bürosu qrupları tərəfindən nəzarətə alınan qadın bu gün Samsun Ədliyyəsinə sövq edilib.
Çağırış üzrə məhkəməyə ifadə verən şübhəli qadın məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.