
İğdırın Tuzluca kəndində Kalkan və Baktemür ailələri arasında baş verən silahlı dava ölümlə nəticələnib.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisəyə səbəb iki ailə arasındakı qan davası olub.
Belə ki, ailələrin arasında naməlum səbəbdən silahlı döyüş baş verib. Bu zaman 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə ilə bağlı 8 nəfər saxlanılıb, onlardan 2-si həbs edilib.