İki yeniyetməni öldürən şəxs: "Oruc idim deyə…"

670 5-03-2025, 19:43 Hadisə

İki yeniyetməni öldürən şəxs: "Oruc idim deyə…"

Adanada dava zamanı parkda oturan 16 və 17 yaşlı iki qardaşı bıçaqlayaraq öldürən şübhəlinin polisdəki ifadəsi üzə çıxıb.

Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, şübhəli işdən çıxıb evə gedərkən skamyada oturan qardaşlarla naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Mübahisə getdikcə davaya çevrilib. Bu zaman şübhəli bıçaqla yeniyetmələri bıçaqlayıb. Ətafdakıların məlumatı ilə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.

Hadisə yerinə gələn həkimlər hər iki yeniyetmənin öldüyünü müəyyən ediblər.

Polis tərəfindən saxlanılan şübhəli: "Oruc olduğum üçün halım özümdə deyildi. Nə etdiyimi bilmirdim. Buna görə öldürdüm", - deyə ifadə verib.

Onun ifadəsi eşidən hər kəsi qəzəbləndirib.

Faktla bağlı istintaq davam edir.

XƏBƏR LENTİ