
Sakaryanın Akyazı rayonunda baş verən davada kürəkən onu güllə atəşinə tutan qayınatasın bıçaqlayaraq öldürüb.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, küçükçek Məhəlləsində baş verən hadisədə Turhan Kılıçkan və kürəkəni Y.O.A. arasında naməlum səbəbdən mübahisə yaranıb.
Davaya çevrilən mübahisədə Kılıçkan güllə yağdırdığı kürəkəni tərəfindən bıçaqlanaraq yaralanıb.
Həmçinin davanı dayandırmağa çalışan K.G. adlı şəxs də yaralanıb və vəziyyətin bildirilməsi üzərinə bölgəyə tibbi və polis qrupları sövq edilib.
Hadisə yerinə gələn qruplar hər iki yaralını xəstəxanaya çatdırıb.
Kılıçkan müalicə aldığı xəstəxanada həyatını itirib. Güllələrin hədəfi olan kürəkəni və K.G.-nin xəstəxanada əməliyyatları davam edir.
Polis qrupları mövzuyla əlaqədar geniş diametrli araşdırma başladıb.