Bodrumda aldadılan türk turist etiraz etdi: "Mütləq qəbzlərinizi yoxlayın!"

2 18-06-2025, 21:27 Hadisə

Bodrumda aldadılan türk turist etiraz etdi: "Mütləq qəbzlərinizi yoxlayın!"

Yay mövsümünün məşhur istirahət mərkəzlərindən olan Bodrum bu dəfə şikayətlərlə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, istirahət üçün Bodruma gedən bir türk turistin yaşadığı hadisə qısa müddətdə sosial mediada geniş rezonans doğurub.

.
İddialara görə, bir restoranda yemək yemək istəyən turist və dostları menyunu dörd dəfə istəmələrinə baxmayaraq, masaya birbaşa mezelər gətirilib. Heç bir sifariş verilmədən təqdim olunan məhsullarla birlikdə hesab gözləniləndən xeyli artıq gəlib. Yeməkdən sonra turistin qarşısına çıxarılan 20 min TL-lik (təxminən 1100 AZN) hesab onu etiraz etməyə vadar edib.

Turist həmin anları sosial media hesabında paylaşaraq bunları deyib:
"Qəbzlərinizi mütləq yoxlayın. Hər yerdə yemədiyiniz nələrsə hesabda olur. 4 dəfə menyu istədik, menyu əvəzinə məzələr gəldi. 20.000 TL (təxminən 1100 AZN) hesab ödədik."

Sosial media istifadəçiləri isə hadisədən sonra restoranlara nəzarətin artırılmalı olduğunu bildiriblər. Bəzi istifadəçilər daha əvvəl oxşar hallar yaşadıqlarını qeyd edib, Bodrumda xoş bir istirahətin artıq yüksək qiymətlərə görə çətinləşdiyini vurğulayıblar.

XƏBƏR LENTİ