Məhlə salonuna gedən gənc qız deyilən qiyməti eşidəndə şoka düşdü - VİDEO

33 9-10-2025, 20:21 Hadisə

Məhlə salonuna gedən gənc qız deyilən qiyməti eşidəndə şoka düşdü - VİDEO

Son dövrlərdə salon xidmətləri üzrə qiymətlərin artması sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.

altv1.info.az türk mediasına istinadən xəbər verir ki, bir istifadəçi, "məhlə salonunda ombre etdirmək" istədiyini bildirərək yaşadığı qiymət şokunu paylaşıb.

.
Qadın sosial mediada yazıb:

"Keçən gün saçıma ombre etdirmək üçün məhlə arasındakı sadə bir salona getdim. Amma mənə 16.000 TL (təxminən 652 AZN) qiymət dedilər. Bu qiymət sizcə normaldır?"

Müştəri əməyin qiymətinə hörmət etdiyini və prosedurun 4–5 saat sürdüyünü qeyd etsə də, əlavə edib:

"16.000 TL həqiqətən çox yüksək gəldi. Qiymət qavrayışımızı itirdiyimizi düşünürəm".

Qadının paylaşımı qısa müddətdə çox sayda reaksiya alıb. Sosial media istifadəçiləri "Artıq saç düzəltdirmək lüks halına gəldi" kimi şərhlər yazıblar.

XƏBƏR LENTİ