Hamilə sevgilisinə toxunan gənci bıçaqlayaraq öldürdü

11 10-10-2025, 20:14 Hadisə

Hamilə sevgilisinə toxunan gənci bıçaqlayaraq öldürdü

İngiltərədə 20 yaşlı Alfie Franko, hamilə sevgilisinə təsadüfən toxunan 16 yaşlı mühacir Əhməd Əl İbrahimi küçənin ortasında bıçaqlayaraq öldürüb.

Altv1,info.a
z türk mediasına istinadən xəbər verir ki, hadisə Huddersfield şəhərində baş verib. Narkotik maddələrin təsiri altında olan Franko, pəncərədən keçərkən sevgilisinə yüngülcə toxunan gəncə əvvəlcə irad bildirib, daha sonra boğazından bıçaqlayıb.

.
Suriyadan müharibədən qaçaraq İngiltərəyə sığınan Əhməd aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Məhkəmə-tibbi ekspertizaya görə, onun şah damarı və nəfəs borusu kəsilib.

Leeds Kral Məhkəməsində Franko qətldə təqsirli bilinib. Araşdırmada onun evində bıçaq kolleksiyası və cinayətdə istifadə etdiyi bıçaqla çəkilmiş videolar aşkarlanıb.

Franko hadisəni etiraf edərək, "Kaş etməsəydim, amma artıq geri dönüş yoxdur", - deyib.

XƏBƏR LENTİ