Vətən müharibəsi iştirakçısı: "Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq"

9 8-11-2025, 17:02 Hadisə

Vətən müharibəsi iştirakçısı: "Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq"


"Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik".

Bunu Altv1.info.az-ə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.

.
"Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu", - deyə o əlavə edib.

Nizami Əliyev həmçinin "Əfsanəvi tabor"un qəhrəmanlığından bəhs edib: "Əfsanəvi tabor" ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir".

Altv1.info.az

XƏBƏR LENTİ