Şəmkirdə fəhlələr qəzaya düşüb, yaralananlar var - SİYAHI

15 20-08-2023, 12:25 Hadisə

Şəmkirdə fəhlələr qəzaya düşüb, yaralananlar var - SİYAHI

Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.
Hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.
"QAZel" markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər - 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyəcan keçirib. Ona da ambulator yardım göstərilib.
Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ