III Avropa Oyunlarının açılış mərasimi başa çatdı

26 22-06-2023, 10:31 İdman

III Avropa Oyunlarının açılış mərasimi başa çatdı

Polşanın Krakov şəhərində Üçüncü Avropa Oyunlarının təntənəli açılış mərasimi başlayıb.
Altv1.info.az xəbər verir ki, “Visla” stadionunda keçirilən mərasimdə ümumilikdə 48 ölkədən 7 minədək idmançı iştirak edir.
Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunur.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
***
Polşada keçirilən III Avropa Oyunlarının açılış mərasimi başa çatıb.
Altv1.info.az xəbər verir ki, mərasimdə Polşa prezidenti Anjey Duda, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Avropa Oyunlarının təşkilat komitəsinin sədri Yaçek Sas çıxış ediblər.
Sonda stadiondakı məşəl alovlandırılaraq III Avropa Oyunları açıq elan edilib.

XƏBƏR LENTİ