“Qarabağ” sonuncu yoxlama oyununa çıxır

49 4-07-2023, 11:35 İdman

“Qarabağ” sonuncu yoxlama oyununa çıxır

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Altv1.info.az xəbər verir ki, ölkə çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.
Vörgl stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Ağdam təmsilçisi ilk yoxlama görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Komanda ikinci matçında Polşanın “Legiya” klubuna uduzub – 0:2.

XƏBƏR LENTİ