
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışların əlavə edilməsi ilə bağlı qanun layihəsi III oxunuşda təsdiq edilib.
Altv1.info.az-ın xəbərinə görə, həmin yeni anlayışlar aşağıdakılardır:
- digər ticarət sistemi – Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;
- məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.