Ən çox alınan maşın markaları - SİYAHI

26 7-07-2023, 11:17 İqtisadiyyat

Ən çox alınan maşın markaları - SİYAHI

2023-cü ilin ilk 6 ayında ən çox satılan avtomobil markaları açıqlanıb.
Altv1.info.az məlumat verir ki, Türkiyənin avtomobil və yüngül ticarət avtomobil bazarında bu ilin ilk yarısında ən çox satılan markalar arasında "Fiat", "Renault" və "Ford" olub.
Hesabata görə, "Fiat" ilin ilk yarısında sərnişin və yüngül ticari satışlarda 101 min 167 ədədlə birinci yeri tutub. "Renault" 58 705 ədəd "Fiat" və 50 803 satışla "Ford"dan sonra gəlir.
"Peugeot" 40 892 satışla dördüncü, "Volkswagen" isə 39 718 satışla beşinci olub.
Lüks avtomobillər qrupunda isə ilin birinci yarısında 625 "Porsche", 307 "Maserati", 259 "Lexus", 68 "Jaguar", 16 "Bentley", 14 "Aston Martin", 12 "Ferrari" və 8 "Lamborghi"ni satılıb.

XƏBƏR LENTİ