İki ildir pensiyası kəsilən Qax sakini halından şikayətçidir - VİDEO

344 9-08-2023, 14:02 İqtisadiyyat / Araşdırma

İki ildir pensiyası kəsilən Qax sakini halından şikayətçidir - VİDEO

Qaxın Almalı kənd sakini, 63 yaşlı Qalib Mahmudov 18 il əvvəl belində yaranan ağrılarla bağlı cərrahi əməliyyat keçirib. Əməliyyatdan sonra o, yerimə qabiliyyətini itirib. Bir neçə il sonra isə ona ikinci qrup əlillik təyin olunub və doqquz il pensiya alıb. 2021-ci ildə isə pensiyası kəsilib.
Mahmudovlar ailəsi təqaüdün kəsilməsindən şikayətçidirlər.
"Özü sərbəst gəzə bilmir. Mən də onu qoyub, işləməyə gedə bilmirəm. Meyvə-tərəvəz sataraq, sadəcə, dərmanlarını ala bilirəm. Sağalan xəstəlik olsa, dilənib onu sağaldaram", - deyə Qalib Mahmudovun həyat yoldaşı Fəxriyyə Mahmudova qeyd edib.



Altv1.info.az

XƏBƏR LENTİ