Maşının vurduğu velosipedçi 3 gün sonra öldü

28 22-11-2023, 10:30 Kriminal


Ağdaş rayonunda avtomobilin vurduğu velosipedçi xəstəxanada ölüb.
Altv1.info.az xəbər verir ki, hadisə noyabrın 18-də Qəbələ-Ağdaş yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Nicat Abdullayev idarə etdiyi "VAZ 21065" avtomobillə velosipedlə hərəkətdə olan 1977-ci il təvəllüdlü Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlərdən noyabrın 21-də ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Altv1.info.az

XƏBƏR LENTİ