Qadının içərisində 23 500 dollar olan pulqabısı oğurlandı

26 20-06-2023, 14:23 Kriminal

Qadının içərisində 23 500 dollar olan pulqabısı oğurlandı

Bakıda qadının içərisində 23 500 dollar olan pulqabısı oğurlanıb.
Bu barədə Altv1.info.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23 500 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

XƏBƏR LENTİ