
Şəkidə “UAZ” markalı minik avtomobili yanıb.
Altv1.info.az xəbər verir ki, hadisə yerinə Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyyəti cəlb olunub.
Avtomobilin dayandığı ümumi sahəsi 250 m² olan 4 boksdan ibarət qaraj yanğından mühafizə olunub. Avtomobilin yanar konstruksiyaları isə tamamilə yanıb.
Qeyd edək ki, avtomobil Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus olub.
Altv1.info.az