Qızıl axtararkən qarşılarına keçi çıxdı

322 17-07-2026, 15:22 Maraqlı

Qızıl axtararkən qarşılarına keçi çıxdı

Türkiyənin Elazığ və Tunceli vilayətləri arasındakı ərazidə qızıl axtarmaq üçün təbiət gəzintisinə çıxan iki dost maraqlı anlar yaşayıb.
Altv1.info.az xarici mediaya istinadla xəbər verir ki, əllərində avadanlıqlarla ərazidə axtarış aparan zaman onların qarşısına qəfil keçi çıxıb.
Gözlənilməz qarşılaşma dostları təəccübləndirib və onlar həmin anları mobil telefonla lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Qısa müddətdə viral olan video minlərlə baxış toplayıb.

Sosial şəbəkə istifadəçiləri görüntüləri səmimi və əyləncəli adlandıraraq çoxsaylı bəyənmə və şərhlər yazıblar.

XƏBƏR LENTİ