Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
Prezident İlham Əliyev akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Altv1.info.az xəbər verir ki, Sərəncamda deyilir:“1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”
Altv1.info.az